Menyu

Ukraynanın Belqorodu vurması nəticəsində ölənlər var

Ukraynanın Belqorodu vurması nəticəsində ölənlər var
1 dəq oxu

Rusiyanın Belqorod şəhərində çoxmərtəbəli bina uçub. 

"Operativ Media" "SHOT" teleqram kanalına istinadən xəbər verir ki, qurbanlar və yaralılar var.

Mənbənin sözlərinə görə, hazırda 4 qurban və 16 yaralı var. Bir neçə sakinin vəziyyəti ağırdır.

"Dağıntılar altında daha 20 nəfər ola bilər. Könüllülər və əsgərlər insanların axtarışına kömək etmək üçün binaya yaxınlaşdılar", - məlumatda qeyd edilib.

Qubernator Vyaçeslav Qladkov bildirib ki, çökməyə səbəb Ukraynanın kütləvi atəşi olub.

Əlaqəli Xəbərlər