Nigeriyada silahlı dəstələrin hücumu nəticəsində 30 nəfər ölüb
Nigeriyanın Zamfara əyalətində silahlı dəstə üzvlərinin həyata keçirdikləri hücumlarda 30 nəfər həyatını itirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Zamfara Polisinin sözçüsü Yezid Əbu Əbubəkar verdiyi yazılı açıqlamada bildirib.
O qeyd edib ki, silahlı dəstə üzvləri əyalətin Maradun və Tsafe bölgələrində hücum təşkil edib.
Hücum bölgəsinə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Əbubəkar, hücumlarla bağlı detalların daha sonra veriləcəyini bildirib.
Milli mətbuatda yer alan xəbərlərə görə, bölgə sakinləri hücumlarda 30 nəfərin həyatını itirdiyini, bölgə imamı da daxil olmaqla çox sayda insanın qaçırıldığını qeyd ediblər.