Menyu

Niger Benini neft ixracı müqavilələrini pozmaqda ittiham edib

Niger Benini neft ixracı müqavilələrini pozmaqda ittiham edib

Nigerin baş naziri Əli Lamine Zein qonşu Beninin hakimiyyətini Semedəki Benin okean terminalından Niger neftinin ixracına dair razılaşmaları pozmaqda ittiham edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə ANP agentliyi məlumat yayıb.

Söhbət Benin prezidenti Patris Talonun Nigerdəki yataqlardan boru kəməri ilə ora gələn Seme limanı vasitəsilə neftin ixracını qadağan edən son qərarından gedir. Qərar Nigerin Beninlə sərhədini bağladıqdan sonra qəbul edilib.

"Bütün bu müqavilələr Benin səlahiyyətliləri tərəfindən pozulub", - deyə agentlik baş nazirdən sitat gətirib.

Teqlər:

"Niger Benini neft ixrac\u0131 m\u00fcqavil\u0259l\u0259rini pozmaqda ittiham edib"

Əlaqəli Xəbərlər