İsrail ordusu Cəbəliyyədə hərbi əməliyyatlara başlayıb
İsrail hərbçiləri ötən ilin sonunda fəal döyüşlərin getdiyi Qəzza zolağının şimalında yerləşən Cəbəliyyə şəhəri ərazisində gecə saatlarında yeni əməliyyata başlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyat HƏMAS hərəkatının silahlı qanadının silahlı birləşmələrinin ərazidə "terror infrastrukturunu yenidən yaratmaq" cəhdlərini göstərən kəşfiyyat məlumatları əsasında başlayıb: "Əsgərlər daxil olmamışdan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları və digər təyyarələri ərazidəki 30-a yaxın terrorçu hədəfə hücum edib və bir neçə HƏMAS terrorçusunu məhv edib".
Mətbuat xidməti qeyd edib ki, əməliyyat başlamazdan əvvəl yerli sakinlər Cəbəliyyədən Qəzza şəhərinin qərbindəki sığınacaqlara təxliyə olunmağa çağırılıb.
Bundan əlavə, İsrail qoşunları anklavın şimal hissəsində yerləşən Əz-Zeytuna ərazisində əməliyyatlarını davam etdirir. Ordunun məlumatına görə, oradakı hərbi infrastruktur obyektləri də məhv edilib, bir neçə radikal yaxın döyüşdə məhv edilib.
Teqlər:
"\u0130srail ordusu C\u0259b\u0259liyy\u0259d\u0259 h\u0259rbi \u0259m\u0259liyyatlara ba\u015flay\u0131b"