Ana səhifə / Dünya / Meksikada rekord istilərdən azı 27 nəfər ölüb Meksikada rekord istilərdən azı 27 nəfər ölüb 12.05.2024, 22:13 Meksikada rekord istilər səbəbindən bir həftə ərzində azı 27 nəfər ölüb. "Operativ Media" xəbər verir ki, bu barədə “El Universal” qəzeti məlumat yayıb. Məlumata görə, istilərdən ölənlərin çoxu ölkənin mərkəzində yerləşən San Luis Potosi ştatında qeydə alınıb. Orada 15 nəfər ölüb. Belə ki, ən yüksək temperatur məhz San Luis Potosidə qeydə alınıb. Valles şəhərində temperatur 48 dərəcəyə çatıb. Teqlər: "Meksikada rekord istil\u0259rd\u0259n az\u0131 27 n\u0259f\u0259r \u00f6l\u00fcb"