Putin Belousovun Rusiyanın müdafiə naziri təyin edilməsini təklif edib
Rusiya Prezidenti Vladimir Putin Baş nazirin keçmiş müavini Andrey Belousovun Rusiya Federasiyasının müdafiə naziri təyin edilməsini təklif edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Federasiya Şurası məlumat yayıb.
“Federasiya Şurası bir sıra federal nazirlik və idarələrin rəhbərləri vəzifələrinə Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi namizədləri qəbul edib. Məsləhətləşmələr üçün Andrey Removiç Belousov müdafiə naziri vəzifəsinə təklif olunub”, - nəşr yazır.
Senatorların mayın 13-də komitə iclaslarında, mayın 14-də isə Federasiya Şurasının iclasında dövlət başçısının təklif etdiyi namizədlərlə bağlı məsləhətləşmələr aparacağı dəqiqləşib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net