Menyu

Brazilyada daşqınlarda ölənlərin sayı artıb - YENİLƏNİB

Nərmin Qocamanlı
Brazilyada daşqınlarda ölənlərin sayı artıb - YENİLƏNİB

Braziliyanın ən cənubundakı Rio Grande do Sul əyalətində daşqın nəticəsində ölənlərin sayı 147-yə çatıb, itkin düşənlərin sayı isə 127 nəfərə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilib ki, güclü yağışlar bölgədəki bir çox çay və göllərin ən yüksək səviyyəyə çatmasına səbəb olub, daşqınlar küçələri bağlayıb və logistikanı pozub, bəzi ərazilərdə zəruri malların çatışmazlığına səbəb olub.

***

08:52

Braziliyanın cənubundakı Rio Grande do Sul əyalətində leysan yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 144-ə, itkin düşənlərin sayı isə 125-ə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Mülki Müdafiəsi məlumat yayıb.

Açıqlamada yaralıların sayının 800-ə yüksəldiyi və seldən zərər çəkənlərin sayının 2 milyon 100 mini, köçkünlərin sayının isə 620 mini keçdiyi bildirilib.

Teqlər:

"Brazilyada da\u015fq\u0131nlarda \u00f6l\u0259nl\u0259rin say\u0131 art\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər