Cənubi Afrikada binanın uçması nəticəsində ölənlərin sayı artıb
Nərmin Qocamanlı
Cənubi Afrikanın Corc şəhərində mayın 6-da çökən çoxmərtəbəli binada ölənlərin sayı 19-a çatıb.
"Operativ Media" xəbər verir ki, Corc Bələdiyyəsindən verilən açıqlamada 81 inşaat işçisinin dağıntılar altında qaldığı, binanın dağıntıları altından isə indiyədək 48 nəfərin xilas edildiyi bildirilib.
Açıqlamada dağıntılar altında qalan 33 nəfərin axtarış-xilasetmə işlərinin hadisənin 7-ci günündən fasiləsiz davam etdiyi vurğulanıb və yaralanan işçilərdən 14-nün xəstəxanada müalicəsinin davam etdiyi bildirilib.
Teqlər:
"C\u0259nubi Afrikada binan\u0131n u\u00e7mas\u0131 n\u0259tic\u0259sind\u0259 \u00f6l\u0259nl\u0259rin say\u0131 art\u0131b"