http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Türkiyə Prezidenti Yunanıstanı danışıqlarda səmimi olmağa çağırdı

13 May 2024 , 13:29
Türkiyə Prezidenti Yunanıstanı danışıqlarda səmimi olmağa çağırdı

Türkiyə Egey bölgəsində sülh və sabitliyin tərəfdarıdır. Uzun müddətdir davam edən problemlərin həllində qətiyyət və iradə nümayiş etdirmək vacibdir.

"Operativ Media" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin Ankaraya səfəri ərəfəsində Yunanıstanın “Katimerini” nəşrinə müsahibəsində deyib.

Türkiyə lideri Ankaranın dünyanın müxtəlif yerlərində mövcud olan fikir ayrılıqlarını və münaqişələri həll etmək səylərinə diqqət çəkib və Afinanı “Egey dənizinin hər iki tərəfində uzunmüddətli sülhü təmin etmək” üçün qəti addımlar atmağa çağırıb.

“Problemlər yaratmaq və sonra məharətlə həll etməkdənsə, onları məhv etmək daha asandır. Dövlətlərarası münasibətlərdə qərəzlilik baryerinin aradan qaldırılması vacibdir. Lazım olan tək şey konkret hərəkətlərə diqqət yetirmək və səmimi tarixi addımlar atmaqdır”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti 2020-ci ildən sonra Yunanıstanla gərginliyin azaldılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Ərdoğan xatırladıb ki, Ankara Yunanıstanda baş verən irimiqyaslı meşə yanğınları zamanı qonşusuna yardım göstərib, Afina isə 2023-cü ildə episentri Kahramanmaraş əyalətində olan dağıdıcı zəlzələlər zonasına humanitar yardım və xilasedicilər göndərib. “Bu qarşılıqlı xoşməramlı jestlər ölkələrimiz arasında münasibətlərin yenidən yaxşılaşmasına öz töhfəsini verdi. Türkiyə Yunanıstanla yaxınlaşma istiqamətində növbəti addımlara hazırdır”, - deyə Türkiyə Prezidenti əmin edib.

OXŞAR XƏBƏRLƏR
Borrell Çinin xarici işlər naziri ilə görüşdü

Borrell Çinin xarici işlər naziri ilə görüşdü

Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir

Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir

Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu