http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Ərdoğan: Türkiyə və Yunanıstanın həlli mümkün olmayan problemi yoxdur

13 May 2024 , 20:03
Ərdoğan: Türkiyə və Yunanıstanın həlli mümkün olmayan problemi yoxdur

Ankara və Afinanın həlli mümkün olmayan problemləri yoxdur, onlar mübahisəli məsələləri açıq dialoq yolu ilə həll edirlər. 

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada işgüzar səfərdə olan Yunanıstanın baş naziri Kiriakos Miçotakislə keçirdiyi mətbuat konfransında bildirib. 

"Bizim həll olunmayan problemimiz yoxdur, əvvəllər də qeyd etdiyim kimi, problemlərin həlli sadəcə bir prosesdir və pozitivliyə olan ümidlərimiz artmaqdadır, bütün məsələləri dürüst və açıq dialoq yolu ilə həll etməyi gözləyirik", - Ərdoğan qeyd edib. 

O əlavə edib ki, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ötən il Afinada keçirilən növbəti iclası Ankarada keçiriləcək.

Türkiyə lideri deyib ki, o və Mitsotakis son dərəcə məhsuldar, səmimi və konstruktiv görüş keçirib: "İkitərəfli gündəmdəki məsələləri ətraflı müzakirə etdik, ikitərəfli ticarətimizin həcmini indiki 6 milyard dollardan 10 milyard dollara çatdırmaq üçün çalışırıq". 

Kipr nizamlanması perspektivlərinə gəlincə, o, adanın reallıqları əsasında Kipr probleminin ədalətli və yekun həllinin tapılmasının vacib olduğunu vurğulayıb. Ərdoğanın sözlərinə görə, bu addım regionda sabitliyi və sülhü möhkəmləndirəcək.

Tərəflər terrorizmlə mübarizə məsələlərini də müzakirə ediblər. Ərdoğan bildirib ki, Türkiyə və Yunanıstanın terrorla mübarizədə ortaq anlayışı var və bu məsələdə ortaq mövqeləri güclənir. Hər iki ölkə əmindir ki, terror təşkilatlarına regionun gələcəyində yer yoxdur. 

OXŞAR XƏBƏRLƏR
İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir

İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir

Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb

Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb

Ermənistanda polisə atəş açılıb

Ermənistanda polisə atəş açılıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu