Menyu

Sudanda yenidən başlayan qarşıdurmada azı 27 mülki şəxs həlak olub

Sudanda yenidən başlayan qarşıdurmada azı 27 mülki şəxs həlak olub

Son günlər Darfur Əl-Fəşir şəhərində Sudan ordusu ilə silahlı qruplar arasında toqquşmalar yenidən başlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

Məlumata görə, qarşıdurmalar zamanı bir gündə ən azı 27 nəfər ölüb, 130 nəfər yaralanıb. Şahidlər hava hücumları, artilleriya atəşi və pulemyotlardan atəş açıldığını bildiriblər. Saatlarla davam edən döyüşlər zamanı 850-yə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Ötən ilin aprelindən Sudanda komandir Əbdülfəttah əl-Burhanın rəhbərlik etdiyi nizami ordu ilə onun keçmiş müavini Məhəmməd Həmdan Daqlonun rəhbərlik etdiyi Çevik Dəstək Qüvvələri (RSF) arasında dağıdıcı müharibə başlayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər