13 May 2024, 21:49
Vuçiç: Serbiya səfiri tezliklə Kiyevə qayıdacaq
Serbiya Respublikasının səfiri tezliklə Kiyevə qayıdacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşündən sonra özünün instaqram səhifəsində məlumat verib.
"Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə çox yaxşı və düzgün söhbət oldu, biz ikitərəfli münasibətlərin yaxşılaşdırılmasını müzakirə etdik və razılaşdıq ki, tezliklə iki ölkənin sahibkarları üçün iqtisadi forum təşkil edək", - deyə Vuçiç yazıb.
2022-ci il martın əvvəlində Serbiyanın Kiyevdəki səfirliyi təhlükəsizlik səbəbi ilə fəaliyyətini dayandırıb və işçilər Belqrada təxliyə edilib.