Menyu

Keniyada daşqınlarda ölənlərin sayı artıb

Nərmin Qocamanlı
Keniyada daşqınlarda ölənlərin sayı artıb

Keniyada aprelin ortalarından bu yana davam edən güclü yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 277-yə çatıb.

"Operativ Media" xəbər verir ki, hökumət sözçüsü İsaak Mvaura ölkədə baş verən daşqınlarla bağlı mətbuata açıqlama verib.

 Onun sözlərinə görə, əlverişsiz hava şəraiti təxminən 411 min insana təsir edib və 56 min ailə evlərini tərk etmək məcburiyyətində qalıb.

Ölkə daxilində 62 sağlamlıq mərkəzinin zərər gördüyünü qeyd edən Mvaura epidemik xəstəliklərin görünməyə başladığını və 53 vəba hadisəsinin aşkar edildiyini bildirib.

Digər tərəfdən Keniyada daşqınlar nəticəsində 9 min dekar kənd təsərrüfatı sahəsi zərər görüb, 4 min ferma heyvanı tələf olub.

Hökumət daşqınlardan zərər çəkənlər üçün 167 düşərgə yaradıb.

Keniya da daxil olmaqla Tanzaniya, Somali, Burundi və Konqo Demokratik Respublikası kimi Şərqi Afrika ölkələri leysan yağışların yaratdığı daşqınlardan mənfi təsirlənir.

Teqlər:

"Keniyada da\u015fq\u0131nlarda \u00f6l\u0259nl\u0259rin say\u0131 art\u0131b"

Əlaqəli Xəbərlər