Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb
Nərmin Qocamanlı
Ötən gün Hindistanın Mumbay şəhərində baş verən toz fırtınası zamanı yanacaqdoldurma məntəqəsinin üzərinə reklam lövhəsinin uçub. Hadisə nəticəsində ölənlərin sayı 14-ə çatıb
"Operativ Media" xəbər verir ki, bu barədə “India Today”in məlumat yayıb.
Bildirilib ki, Mumbay polisi dağıntılar altında qalanlar üçün axtarış-xilasetmə işlərinin davam etdirir.
Polis hadisə zamanı yaralanan 70-dən çox insanın xəstəxanaya yerləşdirildiyi barədə məlumat paylaşıb.
Qeyd edək ki, toz fırtınasının təsiri altında qalan Mumbayda uçuşlar dayandırılıb, görmə qabiliyyətinin aşağı olması səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net