Quterreş Gürcüstanda hakimiyyət və ictimaiyyəti dialoq aparmağa çağırıb
BMT-nin baş katibi Antonio Quterreş Gürcüstanda xarici agentlər haqqında qanuna etirazlar fonunda yaranmış vəziyyətdən narahatdır və hakimiyyəti və cəmiyyəti bir-biri ilə dialoqa və təmkinli olmağa çağırır.
"Operativ Media" xəbər verir ki, bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.
"Baş katib Gürcüstanda baş verən hadisələri, xüsusən də toqquşmaları və hüquq-mühafizə orqanlarının etirazçılara qarşı qeyri-mütənasib güc tətbiq etməsinə dair xəbərləri narahatlıqla izləyir", - deyə Haq bildirib.