Menyu

Mehdi Cənnətov "Sumqayıt"da 100-ə çatdı

Əziz Əzizli
Mehdi Cənnətov "Sumqayıt"da 100-ə çatdı

Azərbaycan Premyer Liqasının IV turu “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov üçün əlamətdar olub.

"Operativ Media" xəbər verir ki, 32 yaşlı qolkiper “Gənclik şəhəri” təmsilçisinin heyətində 100-cü çempionat matçına çıxıb.

Bu, “Sabah”la səfər görüşünə təsadüf edib. Mehdinin komandası bu qarşılaşmada 1:3 hesabı ilə uduzub. Cənnətov “Sumqayıt”da keçirdiyi 100 oyunda 124 qol buraxıb.

Qeyd edək ki, yubilyarın Premyer Liqada debütü 2017-ci il avqustun 26-da “Zirə” ilə səfər matçında (1:3) gerçəkləşib. 2017-21-ci illərdə “Sumqayıt” forması geyinən qapıçı 2023-cü ilin yayında yenidən komandaya qayıdıb.

Teqlər:

"Mehdi C\u0259nn\u0259tov \"Sumqay\u0131t\"da 100-\u0259 \u00e7atd\u0131"

Əlaqəli Xəbərlər