Menyu

İsveçli baş məşqçi dünyasını dəyişdi

Əziz Əzizli
İsveçli baş məşqçi dünyasını dəyişdi

İsveçli baş məşqçi Sven-Qoran Eriksson 76 yaşında dünyasını dəyişib.

"Operativ Media" xəbər verir ki, uzun müddət xərçəng xəstəliyindən müalicə olunan Sven-Qoran Eriksson dünyasını dəyişib.

Ailəsinin verdiyi açıqlamada Erikssonun 76 yaşında dünyasını dəyişdiyi təsdiqlənib.

Eriksson bu ilin əvvəlində xərçəng xəstəliyinə tutulduğunu açıqlamışdı.

Daha əvvəl “Benfika”, “Roma”, “Fiorentina”, “Latsio”, “Mançester Siti” kimi Avropanın önəmli komandalarında çalışmış isveçli çalışdırıcı İngiltərə, Meksika, Fil Dişi Sahili və Filippin milli komandalarını da çalışdırıb.

Eriksson sonuncu dəfə 2022-ci ilin dekabrında İsveçin 3-cü liqa komandası İF Karlstadda idman direktoru vəzifəsində çalışmağa başlayıb və səhhətindəki problemlərə görə 2023-cü ilin fevralında vəzifəsini tərk edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər