"Qarabağ"ın yarımmüdafiəçisi Julio Romao UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo"ya qarşı (Xorvatiya) cavab oyununda meydana çıxa biləcək.
"Operativ Media" xəbər verir ki, passivindəki sarı vərəqələrin sayı 3-ə çatan braziliyalı yeni qaydalara əsasən növbəti matçı buraxmaq məcburiyyətində qalmayacaq.
Bu mövsümdən tədbiq olunan yeniliklərə görə, iki təsnifat mərhələsinin ardından futbolçunun sarı vərəqələrindən biri silinir.
Sözügedən qayda artıq "Riyeka"nın futbolçusu Marko Paşaliçə tətbiq edilib.
Qeyd edək ki, "Qarabağ" və "Dinamo" arasında cavab görüşü avqustun 28-də keçiriləcək və saat 20:45-də start götürəcək. Tərəflər arasında Zaqrebdəki qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb