Menyu

"Qarabağ" - "Dinamo" oyununa satılan bilet sayı bəlli oldu

Əziz Əzizli
"Qarabağ" - "Dinamo" oyununa satılan bilet sayı bəlli oldu

“Qarabağ”ın Bakıda Xorvatiya təmsilçisi “Dinamo”ya (Zaqreb) qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa indiyədək 24700 bilet satılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30000-ə yaxın bilet satışa çıxarılıb.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki “Maksimir” stadionunda baş tutan “Dinamo” – “Qarabağ” matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.

Teqlər:

"\"Qaraba\u011f\" - \"Dinamo\" oyununa sat\u0131lan bilet say\u0131 b\u0259lli oldu"

Əlaqəli Xəbərlər