Menyu

Emmanuel Addai: "İspaniyadan sonra yeni macəraya atılmaq qərarına gəldim"

Əziz Əzizli
Emmanuel Addai: "İspaniyadan sonra yeni macəraya atılmaq qərarına gəldim"

"Qarabağ”ın yeni transferi Emmanuel Addai komandaya keçidini dəyərləndirib.

"Operativ Media" xəbər verir ki, qanalı sağ vinger ölkəsinin mətbuatına açıqlamasında Ağdam klubunun təklifini qəbul etməsinin səbəbini açıqlayıb.

23 yaşlı oyunçu Azərbaycan çempionunun avrokuboklardakı çıxışından xəbərdar olduğunu söyləyib: “Qarabağ”ın təklifi ürəyimcə oldu. Çünki bu komanda illərdir ölkə çempionu olur və avrokubokların qrupunda müntəzəm çıxış edir. Əlbəttə ki, bu amillər seçimimdə həlledici rol oynadı. İspaniyadan sonra yeni macəraya atılmaq qərarına gəldim. Komandanın daha uğurlu nəticələr qazanmasına töhfə verməyə çalışacağam”.

Qeyd edək ki, İspaniyanın “Alkorkon” klubundan transfer edilən Emmanuel Addai “Qarabağ”la 3 illik müqavilə imzalayıb

Teqlər:

"Emmanuel Addai: \"\u0130spaniyadan sonra yeni mac\u0259raya at\u0131lmaq q\u0259rar\u0131na g\u0259ldim\""

Əlaqəli Xəbərlər