Menyu

Kriştiano Ronaldo karyerasını bitirəcəyi komandanı açıqladı

Əziz Əzizli
Kriştiano Ronaldo karyerasını bitirəcəyi komandanı açıqladı

"Əl-Nassr"da çıxış edən Kriştiano Ronaldo karyerası ilə bağlı diqqət çəkən açıqlamalar verib. Ronaldo futboldan ayrılacağı komandanı və təqaüddən sonrakı planlarını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, 2023-cü ilin əvvəlində “Əl-Nassr”a yollanan Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı komandası ilə 2,5 illik müqavilə imzalayıb.

Müqaviləsinin son ilinə qədəm qoyan 39 yaşlı portuqaliyalı ulduz karyera planı ilə bağlı önəmli açıqlamalar verib.

Portuqaliya Milli Komandası ilə gələcəyi haqda danışan Ronaldo, "Milli komandadan ayrılmaq qərarım barədə heç kimə əvvəlcədən məlumat verməyəcəyəm. Bu, mənim üçün qəfil, eyni zamanda çox düşünülmüş qərar olacaq" deyə bidirib.

Digər tərəfdən, Kriştiano Ronaldo futbolu buraxdıqdan sonra məşqçi olmaq istəmədiyini açıqlayıb. 

Portuqaliyalı ulduz "Gələcəyimin ora gedəcəyini düşünmürəm. Özümü futboldan kənarda başqa işlər edərkən görürəm, ancaq gələcəyin necə olacağını ancaq Allah bilir" deyə vurğulayıb.

Nəhayət, futbolu buraxacağı komandaya və tarixə toxunan 39 yaşlı Ronaldo, "Təqaüdün tezliklə və ya 2-3 ildən sonra olacağını bilmirəm. Böyük ehtimalla karyeramı "Əl-Nəssr"də bitirəcəyəm. Səudiyyə Ərəbistanı Liqasında oynadığım üçün çox xoşbəxtəm və davam etmək istəyirəm" deyə bildirib.

Teqlər:

"Kri\u015ftiano Ronaldo karyeras\u0131n\u0131 bitir\u0259c\u0259yi komandan\u0131 a\u00e7\u0131qlad\u0131"

Əlaqəli Xəbərlər