İngiltərə klubu Türkiyə millisinin üzvünü transfer etdi
Əziz Əzizli
İngiltərənin “Brayton” klubu türkiyəli futbolçunu transfer etdiyini açıqlayıb.
"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-mavilər” “Fənərbaxça”dan Fərdi Kadıoğlunu heyətinə qatıb.
24 yaşlı sol cinah müdafiəçisi 4 il Premyer Liqa klubunun şərəfini qoruyacaq. “Fənərbaxça” müdafiəçisinin satışından 30 milyon + 5 milyon avro bonus qazanacaq. Futbolçunun gələcəkdəki satışından da 10 faiz pay Türkiyə klubuna çatacaq.
“Fənərbağça”nın heyətində 6 mövsüm keçirən Kadıoğlu, 200-dən artıq oyunda meydana çıxıb. 18 qola imza atan Fərdi 2023-cü ildə “sarı-lacıvərdlilər”lə Türkiyə kubokunu qazanıb
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net