Azərbaycan millisi ikinci yoldaşlıq oyununda da məğlub oldu
Əziz Əzizli
Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil edilən təlim-məşq toplanışında ikinci yoldaşlıq görüşünü keçirib.
"Operativ Media" xəbər verir ki, yığmamız növbəti dəfə Belarusla üz-üzə gəlib.
Su İdmanı Sarayının çimərlik futbolu meydançasında baş tutan qarşılaşmada rəqib 3:2 hesablı qələbə qazanıb.
Komandamızın heyətində qolları Amid Nəzərov və Sabir Allahquliyev vurublar.
Tərəflər arasında bir gün əvvəl keçirilən qarşılaşmada Belarus yığması 4:2 hesabı ilə qalib gəlib.
Yeni baş məşqçi Sahib Məmmədovun rəhbərliyi altında avqustun 1-dən təlim-məşq toplanışında olan Azərbaycan yığmasının hazırlığı ayın 31-dək davam edəcək
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net