AFFA İntizam Komitəsinin iclasında Misli Premyer Liqasının 4-cü turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununda baş verən neqativ hallara hüquqi qiymət verilib.
"Operativ Media" xəbər verir ki, 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimələnib.
Qarşılaşmanın 90+5-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev 3 oyun şərti olmaqla 5 matçlıq cəzalanıb, klubunu 4000 manat ziyana salıb. Sınaq müddəti 3 ay təyin olunub. Həmin dəqiqədə rəqibi təhqir edən və rəqib futbolçuya fiziki təzyiq göstərməyə cəhd göstərən naxçıvanlıların inzibatçısı Hüseynxəlil Orucoğlu 2-si şərti olmaqla 5 oyunluq sanksiya ilə üzləşib. Bu davranış kluba 4000 manatlıq cərimə bahasına başa gəlib.
6 futbolçusu sarı vərəqə alan “Neftçi” 700 manat cərimələnib. Azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Neftçi”yə xəbərdarlıq edilib