Menyu

İsveç yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

Əziz Əzizli
İsveç yığmasının millimizlə oyun üçün heyəti açıqlandı
1 dəq oxu

İsveç yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda Azərbaycan və Estoniya milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.

"Operativ Media" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Yon Dal Tomasson C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Bakıda Azərbaycan, 8-də isə Solnada Estoniya komandasına qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib.

Qapıçılar: Viktor Johansson, Kristoffer Nordfeldt, Jakob Widell Zetterström;

Müdafiəçilər: Ludwig Augustinsson, Alex Douglas, Gabriel Gudmundsson, İsak Hien, Emil Krafth, Ken Sema, Carl Starfelt, Linus Wahlgren Egnell;

Yarımmüdafiəçilər və hücumçular: Yasin Ayari, Lucas Bergvall, Jens Cajuste, Anthony Elanga, Niclas Eliasson, Viktor Gyökeres, Alexander İsak, Dejan Kulusevski, Hugo Larsson, Sebastian Nanasi, Gustaf Nilsson, Anton Saletros, Mattias Svanberg.

Qeyd edək ki, Azərbaycan – İsveç qarşılaşması sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək

Əlaqəli Xəbərlər