"Qarabağ"ın iştirak etdiyi Avropa Liqasının yeni formatı - Liqa mərhələsi
Əziz Əzizli
UEFA Avropa Liqasında 2024-2025-ci il mövsümünün liqa mərhələsinin püşkatma mərasimi keçirilib.
"Operativ Media" xəbər verir ki, UEFA Avropa Liqası bu mövsümdən etibarən klassik qrup formatı əvəzinə, 36 komandanın iştirakı ilə liqa formatında təşkil olunacaq.
Avropa Liqasında hər komanda 4 evdə, 4 səfərdə olmaqla 8 rəqiblə qarşılaşacaq.
Bu turnirdə ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala yüksələcək. Liqada 9-24 sıralamasında yer alan komandalar pley-off mərhələsində üz-üzə gələcək və 1/16 final mərhələsinə vəsiqə qazanmağa çalışacaq. Pley-off mərhələsindən başlayaraq, ikili oyundan kənarlaşdırma sistemindən istifadə olunacaq.
Teqlər:
"\"Qaraba\u011f\"\u0131n i\u015ftirak etdiyi Avropa Liqas\u0131n\u0131n yeni format\u0131 - Liqa m\u0259rh\u0259l\u0259si"