Menyu

Paris-2024: Azərbaycan medal sıralamasında 31-ci pillədə qərarlaşıb

Əziz Əzizli
Paris-2024: Azərbaycan medal sıralamasında 31-ci pillədə qərarlaşıb
1 dəq oxu

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal sıralamasında 31-ci pillədə qərarlaşıb.

"Operativ Media" xəbər verir ki, yığmanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var.

Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.

Siyahıya Çin (33 qızıl, 27 gümüş, 11 bürünc) başçılıq edir. Böyük Britaniya (23 qızıl, 12 gümüş, 8 bürünc) ikinci, ABŞ (8 qızıl, 11 bürünc, 8 bürünc) üçüncüdür.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Əlaqəli Xəbərlər