Menyu

"Turan Tovuz" Premyer Liqadakı rekordu təkrarladı

Əziz Əzizli
"Turan Tovuz" Premyer Liqadakı rekordu təkrarladı

"Turan Tovuz” Azərbaycan Premyer Liqasında rekordu təkrarlayıb.

"Operativ Media" Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, Kurban Berdiyevin baş məşqçisi olduğu komanda buna ilk 5 turda qol buraxmamaqla nail olub.

Ölkə çempionatlarının 32 illik tarixində 7-ci dəfə bir kollektiv ilk 5 matçında qapısında top görməyib.

Buna ilk dəfə 1993/94 mövsümündə Bakı “İnşaatçı”sı nail olub. “Xəzri” 1995/96, “Dinamo” (sonrakı “Bakı”) 1998/99 mövsümündə bunu bacarıb. Yalnız bir komanda – “Xəzər Lənkəran” startda iki belə seriyaya imza atıb: 2007/08 və 2010/11 mövsümlərində. “Turan Tovuz”dan öncə 5 start oyununda qol buraxmayan sonuncu komanda “Qəbələ” olub. 2016/17 mövsümündə Dmitri Bezotosnı çempionatın ilk 5 turunda qol buraxmayan ilk legioner qapıçı kimi tarixə düşüb. “Turan Tovuz” tarixə 7-ci seriyanın müəllifi kimi düşübsə, İvan Konovalov Bezotosnıdan sonra bunu gerçəkləşdirən ikinci əcnəbi qolkiper olub.

Qeyd edək ki, "Turan Tovuz" yalnız “Neftçi” ilə matçda xal itirib – 0:0. Qərblilər ardınca “Sumqayıt”, “Qarabağ” və “Səbail”i bir, “Kəpəz”i üç cavabsız qolla məğlub edib

Teqlər:

"\"Turan Tovuz\" Premyer Liqadak\u0131 rekordu t\u0259krarlad\u0131"

Əlaqəli Xəbərlər