"Qalatasaray" müdafiəçi transfer etdi
Əziz Əzizli
"Qalatasaray" transfer dövrünün son günlərində heyətini gücləndirməyə davam edir.
"Operativ Media" xəbər verir ki, "sarı-qırmızılar" "Monako"da çıxış edən sol cinah müdafiəçisi İsmayıl Yakobsun transferi ilə bağlı klubları ilə anlaşdıqlarını açıqlayıb.
"Qalatasaray"dan verilən açıqlamaya görə, 24 yaşlı Yakobs 2024-2025 mövsümü üçün 1 milyon avroluq icarə haqqı qarşılığında müvəqqəti olaraq komandaya qoşulacaq. Müqavilə çərçivəsində Yakobs bu mövsüm üçün 2,1 milyon avro maaş alacaq.
Bundan əlavə, müqavilədə Yakobsun məcburi alış qiyməti də müəyyən edilib. Buna uyğun olaraq "Qalatasaray" mövsümün sonunda 8 milyon avro ödəyərək futbolçunun transfer haqqına sahib olacaq
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net