Menyu

Paris-2024: Azərbaycanın paraatleti qızıl medal qazanıb

Əziz Əzizli
Paris-2024: Azərbaycanın paraatleti qızıl medal qazanıb

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Pralimpiya Oyunlarında qızıl medal qazanıb.

"Operativ Media" xəbər verir ki, paralimpiya və 4 qat dünya çempionu Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda özünü yoxlayıb.

O, 11.76 saniyə nəticə ilə finiş xəttini birinci keçib. Lamiyə yeni dünya rekordunu müəyyənləşdirib. Paratletimiz Rio-2016 Paralimpiadasında ukraynalı Leilia Adjametovanın 11,79 saniyəlik nəticəsini yaxşılaşdırıb.

Qeyd edək ki, Azərbaycan yığması Paris-2024 Yay Paralimpiya Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər