Mahir Emreli "Nürnberq"də komanda ilə məşqlərə başlayıb
Əziz Əzizli
Azərbaycan millisinin üzvü Mahir Emreli yeni klubu “Nürnberq”də komanda ilə məşqlərə başlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bir müddətdir zədədən əziyyət çəkən 27 yaşlı hücumçu ilk dəfə kollektivlə məşqə çıxıb. O, daha sonra ikitərəfli oyunda da iştirak edib. Həmçinin Enriko Valentini, Yannik Hofmann və Yanni Serra da komanda ilə məşqlərə başlayıblar.
“Nürnberq”in baş məşqçisi Miroslav Kloze bu futbolçuların kollektivə qoşulmasına görə sevindiyini bildirib: "Çox şadam ki, Mahir indi komandanın məşqlərində iştirak edir. Benni Qoller artıq kollektivə tam uyğunlaşıb. Bu, əladır. Qoller “Aue” ilə yoldaşlıq matçında meydana çıxacaq. Mahirin oynaması isə hələ tezdir”.
Qeyd edək ki, Mahir Emreli avqustda 2-ci Bundesliqa təmsilçisi ilə 1+1 illik müqavilə imzalayıb.
Teqlər:
"Mahir Emreli \"N\u00fcrnberq\"d\u0259 komanda il\u0259 m\u0259\u015fql\u0259r\u0259 ba\u015flay\u0131b"