http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Fernandu Santuş: "Biz İsveçin mənfi nöqtələrinə fokuslanmışıq"

04 Sentyabr 2024 , 19:42
Fernandu Santuş: "Biz İsveçin mənfi nöqtələrinə fokuslanmışıq"

Azərbaycan millisi sabah UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Bakıda İsveç yığmasını qəbul edəcək.

"Operativ Media"  xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İlk dəfədir ki, idman dəstində media önünə çıxırsız. Milli ilə ilk dəfə işlədiz. Nələri gördüz?

- Bu gün ikinci məşqimiz olacaq, artıq biri olub. Məşqdən öncəki iclaslarda millinin zəif nöqtələrini müzakirə etmişik. Oyunçuların texniki olaraq bəzi narazılıqları var, bu barədə müzakirəmiz oldu. Futbolçular özləri də başa düşür ki, çətinliklərimiz olacaq. Amma istək görürəm.

- Əvvəlki konfranslarda daha pozitiv idiz, indi qayğılı görünürsüz. İlk rəsmi oyundan öncə nə düşünürsüz?

- Mənim kefim yaxşıdır. Sadəcə sabah oyunumuz var və ona hazırlaşırıq. İsveç güclü və ciddi komandadır. Onların yeni baş məşqçisi var. Rəqibin son 4 matçını izləmişik. Nəyə görə son 4? Ondan əvvəlki oyunlar bizə maraqlı deyil. Çünki başqa məşqçi idi. İsveçin müsbət və mənfi nöqtələri var. Biz onların mənfi nöqtələrinə fokuslanmışıq. Bu gün iclasda futbolçularla birlikdə rəqibin bəzi oyunlarını izləmişik. Oyunçularımıza başa salmışıq ki, İsveçin hansı boşluqları var, hücumları necə qarşılayaq və əks-hücuma necə çıxaq.

- Heyəti açıqlayarkən, mətbuat konfransında bildirdiz ki, futbolçuların fiziki hazırlığı klublarla bağlıdır. Bu da birmənalı qarşılanmadı. Sanki baş verə biləcək uğursuzluğu sığortaladığınız kimi başa düşüldü...

- Onların klubdan gəldikləri fiziki forması yaxşıdır. Heç bir problem görmürəm. Səbrli olun, hər şeyi görəcəksiz.

- Hər bir komandada lider oyunçu olur. Azərbaycan millisində kimi lider futbolçu kimi seçmisiz?

- Bizdə fərdi olaraq heç kim yoxdur, komandamız var.

- Bu mövsüm Nəriman Axundzadəni hansı oyununa görə milliyə cəlb etmisiz?

- Futbolçular haqda individual olaraq heç vaxt danışmıram.

OXŞAR XƏBƏRLƏR
"Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi

"Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi

Hakimlər Komitəsinin sədri "Sabah" - "Turan Tovuz" oyunu bağlı açıqlama verdi

Hakimlər Komitəsinin sədri "Sabah" - "Turan Tovuz" oyunu bağlı açıqlama verdi

Renat Dadaşovlu "Ankaragücü" baş məşqçisiz qaldı

Renat Dadaşovlu "Ankaragücü" baş məşqçisiz qaldı

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu