Menyu

"Qəbələ" yeni hücumçu transfer etdi

Əziz Əzizli
"Qəbələ" yeni hücumçu transfer etdi
1 dəq oxu

 2024-2025-ci illər mövsümünün startı ərəfəsində transfer çalışmalarını davam etdirən “Qəbələ” daha bir futbolçu ilə müqavilə imzalayıb.

"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” Ruslan Voronsovun keçidini rəsmiləşdirib.

28 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Ruslan bunadək “Simurq”, “Ağsu”, “Şəmkir”, “Zaqatala”, “Mingəçevir” “Qaradağ Lökbatan”, MOİK, “Karvan”, Şimali Kiprdə “Larnaka Gənclərbirliyi”, "Cəbrayıl" klublarında forma geyinib.

Əlaqəli Xəbərlər