Menyu

Qismət Alıyevin millinin heyətindən çıxarılma səbəbi məlum oldu - AÇIQLAMA

Əziz Əzizli
Qismət Alıyevin millinin heyətindən çıxarılma səbəbi məlum oldu - AÇIQLAMA
1 dəq oxu

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveçlə oyunun 23 nəfərlik heyətindən Qismət Alıyevi uzaqlaşdırıb.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədlinin "Operativ Media"ya açıqlamasında futbolçunun zədəli olduğu bildirilib.

"Qismət Alıyevin heyətdən çıxarılmasının səbəbi zədəsi ilə bağlıdır. Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində"Qarabağ"la oyunda sağ cinah müdafiəçisi yüngül zədə alıb".

Qeyd edək ki, Azərbaycan millisi bu gün saat 20:00-da İsveç millisini qonaq edəcək.

Əlaqəli Xəbərlər