Aleksey Kaşuk: "Qarabağ"a seçməyimdə bir nömrəli amil Qurban Qurbanovdur"
Əziz Əzizli
Ukraynalı futbolçu Alaksey Kaşuk “Qarabağ”a keçidindən danışıb.
"Operativ Media" xəbər verir ki, “sport.ua”-ya danışan futbolçu belə deyib:
“Qarabağ”ı seçməyimdə bir nömrəli amil baş məşqçidir. Qurban Qurbanov uzun müddətdir burada işləyir. Komandanı Çempionlar Liqasının qrup mərhələsinə, Avropa Liqasında isə pley-offa çıxarıb. O, oyunçuları necə inkişaf etdirməyi bilir. İkinci amil müqavilənin təfərrüatlarıdır. Söhbət təkcə şəxsi şərtlərdən getmir. Sözləşmədəki bənd də önəmlidir. Elə yazılıb ki, Avropa klubları gələcəkdə “Qarabağ”a adekvat qiymətə təklif verə biləcəklər. Üçüncü amil isə mən artıq bu çempionatda və ölkədə oynamışam, uyğunlaşmışam”.
“Qarabağ” Aleksey Kaşukla 3 illik müqavilə imzalayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net