Menyu

Azadlıq prospektində xüsusi hərəkət zolağı təşkil edilib

Nərmin Qocamanlı
Azadlıq prospektində xüsusi hərəkət zolağı təşkil edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Azadlıq prospektində xüsusi hərəkət zolağı təşkil edib.

"Operativ Media" AYNA-ya istinadən xəbər verir ki, zolağın uzunluğu 3 km-ə yaxındır.

Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.

Azadlıq prospektindən 10 müntəzəm marşrut xətti üzrə 150-dən çox avtobus keçir. Həmin müntəzəm marşrut avtobusları ilə gün ərzində 120 mindən çox sərnişin daşınır.

Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək.

Teqlər:

"Azadl\u0131q prospektind\u0259 x\u00fcsusi h\u0259r\u0259k\u0259t zola\u011f\u0131 t\u0259\u015fkil edilib"

Əlaqəli Xəbərlər