Şirvanda dələduzluq edən şəxs saxlanılıb
Nərmin Qocamanlı
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Azər Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, adıçəkilən şəxs müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, dəyərindən ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdirib.
Ona zəng zərərçəkənlərdən "beh" qismində müxtəlif məbləğlərdə pul əldə etdikdən sonra isə A.Əliyev daha sonra zərərçəkənlərlə əlaqəni kəsib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net