Menyu

Bəzi bölgələrdə qısamüddətli yağış yağıb - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Bəzi bölgələrdə qısamüddətli yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 6-sı saat 09:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, sentyabrın 6-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçib. Lakin səhər saatlarında Sarıbaş (Qax), Zaqatala, Balakəndə qısamüddətli yağış yağıb.

Əvvəlcədən xəbər verildiyi kimi narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Goranboyda 23 m/s, Naftalanda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında, Culfada 21 m/s Neftçalada 20 m/s, Şirvanda 19 m/s, Tərtər, Bərdə, Şamaxıda 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 36, Aran rayonlarında 36, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.

Teqlər:

"B\u0259zi b\u00f6lg\u0259l\u0259rd\u0259 q\u0131sam\u00fcdd\u0259tli ya\u011f\u0131\u015f ya\u011f\u0131b - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər