http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Emin Mahmudov: "O epizodda xahiş etdi, mən də topu ona verdim"

06 Sentyabr 2024 , 10:22
Emin Mahmudov: "O epizodda xahiş etdi, mən də topu ona verdim"

“İsveçlə Bakıda keçirilən əvvəlki matçda erkən qollar vurmuşduq. Ona görə də rahat oynamışdıq. Bu dəfə isə qol epizodlarımızı dəyərləndirə bilmədik. Bu səbəbdən də çətinliklə üzləşdik”.

"Operativ Media" xəbər verir ki, bu sözləri milli komandamızın kapitanı Emin Mahmudov Millətlər Liqasının ilk turunda Bakıda İsveçə 1:3 hesabı ilə uduzduğumuz oyun barədə danışarkən deyib.

O qeyd edib ki, rəqibin təzyiqindən çıxa bilməyiblər: “Rəqibin gücü məlumdur. İsveç millisinin heyətində yüksək səviyyəli futbolçular var. Biz isə qol vura bilməyəndə çətinliklə üzləşirik. Rəqibin təzyiqindən çıxa bilmədik”.

Mahmudov penalti zərbəsini onun deyil, Ramil Şeydayevin yerinə yetirməsinə belə aydınlıq gətirib: “Daha əvvəl Ramil də penalti vurub. O epizodda isə xahiş etdi, mən də topu ona verdim, problem yoxdur”.

Millimizin kapitanı sentyabrın 8-də səfərdə Slovakiyaya qarşı keçiriləcək matç barədə də danışıb: “Artıq İsveçlə oyunu unutmalıyıq. Qarşıdakı matçı fikirləşməliyik. Bizim üçün vacib oyundur. Slovakiya millisi də güclü rəqibdir. Çalışacağıq ki, səfərdə yaxşı nəticə qazanaq

OXŞAR XƏBƏRLƏR
"Araz-Naxçıvan"ın futbolçusu 300-ə çatdı

"Araz-Naxçıvan"ın futbolçusu 300-ə çatdı

Harri Keyn Erlinq Holannın rekordunu qırıb

Harri Keyn Erlinq Holannın rekordunu qırıb

Cəlal Hüseynov oynadı, "Arda" heç-heçə etdi

Cəlal Hüseynov oynadı, "Arda" heç-heçə etdi

XƏBƏR LENTİ
  • 11:18

    “Pro Tool” MMC valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib
  • 11:10

    Bakı Metropoliteni: "Yaşıl və Qırmızı xətlərdə qatar buraxılışı maksimuma çıxarılıb"
  • 11:08

    İran parlamenti XİN-i Moskvaya ciddi xəbərdarlıq etməyə çağırır
  • 11:05

    FHN “Bakı Metropoliteni” QSC-də təlim keçirib
  • 10:55

    Yanvar-avqust aylarında MDSS üzrə 111,9 mln. manat vəsait ödənilib
  • 10:54

    "Araz-Naxçıvan"ın futbolçusu 300-ə çatdı
  • 10:47

    AMB bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərar verəcək
  • 10:32

    COP29-la bağlı xaricə ezam olunan məsul şəxslərin ezamiyyə xərcləri artırılıb
    COP29-la bağlı xaricə ezam olunan məsul şəxslərin ezamiyyə xərcləri artırılıb
Menyu