Menyu

Bu günə kimi azad edilmiş ərazilərə 2066 ailə köçürülüb - RƏSMİ

Bu günə kimi azad edilmiş ərazilərə 2066 ailə köçürülüb - RƏSMİ

Sentyabrın 5-ə olan məlumata görə, azad edilmiş ərazilərə 2066 ailə ümumilikdə isə 8003 nəfər köçürülüb.

Bu barədə "Operativ Media"nın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Füzuli şəhərinə 822 ailə, 3132 nəfər, Şuşa şəhərinə 177 ailə, 672 nəfər, Laçın şəhərinə 552 ailə, 2031 nəfər, Xocalı şəhərinə isə 44 ailə, 169 nəfər köçürülüb.

Bundan başqa, azad edilən Talış kəndinə 20 ailə, 90 nəfər, Ağalı kəndinə 175 ailə, 871 nəfər, Sus kəndinə 59 ailə, 215 nəfər, Zabux kəndinə isə 217 ailə, 823 nəfər köçürülüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər