MÜTDA dərsliklərin əldə edilməsi ilə bağlı valideynlərə müraciət edib
Nərmin Qocamanlı
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) dərsliklərin əldə edilməsi ilə bağlı valideynlərə müraciət edib.
"Operativ Media" xəbər verir ki, müraciətdə deyilir:
"Yeni tədris ilinin başlamasına az qalıb.
Bu məqsədlə, yerli təhsili idarəetmə orqanlarına dərsliklərin təhsil müəssisələrinə paylanması ilə bağlı müvafiq tapşırıqlar verilib. Tədris ili başlamadan valideynlərdən övladlarının təhsil aldığı müəssisələrə yaxınlaşaraq dərslikləri məsul şəxslərdən təhvil almaları xahiş olunur.
Dərsliklərin vaxtında əldə olunması tədrisin səmərəli və fasiləsiz davam etməsi üçün vacibdir.
Valideynlər dərsliklərin təhvil alınması üçün müvafiq təhsil müəssisələri ilə əlaqə saxlayaraq proseslə bağlı əlavə məlumat əldə edə bilərlər".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net