Menyu

Səbaildə saxlanılan şəxslərdən 2 kiloqram heroin aşkarlanıb

Nərmin Qocamanlı
Səbaildə saxlanılan şəxslərdən 2 kiloqram heroin aşkarlanıb
1 dəq oxu

Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlə narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuşlar Elvin İsmayılov və tanışı S.Gözəlova saxlanılıblar. Onların üzərindən 2 kiloqramdan çox narkotik vasitə olan heroin aşkarlanıb. 
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər