Bakıda dələduzluq edən şəxslər saxlanılıb
Nərmin Qocamanlı
Müxtəlif vaxtlarda 5 nəfərin 80.000, 20.000, 8000, 2000 və 3500 manat olmaqla ümumilikdə 113.500 manat pullarının aldadılaraq alınması, bir nəfərin isə onu aldadan şəxsin hesabına 2000 manat ödətdirməsi barədə polisə məlumatlar daxil olub.
Daxli İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, paytaxtın Xəzər, Nəsimi, Nizami və Yasamal rayonlarında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən S.Şirinov, A.Zeynalov, C.Hacıyev və S.Mənsimov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net