Müəllimlərin təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start verilib
Nərmin Qocamanlı
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə başlanılıb.
Bu barədə "Operativ Media"ya Azərbaycan Təhsil İnstitutundan məlumat verilib.
Qeyd edilib ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.
Qeyd edək ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma