Menyu

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib - YENİLƏNİB

Nərmin Qocamanlı
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib - YENİLƏNİB

Sentyabrın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, əvvəlcə Komissiyanın sentyabrın 4-də və 5-də keçirilən iclaslarının protokolları təsdiq edilib.

Sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər beynəlxalq müşahidə missiyasının təmsilçiləri, media mənsubları, o cümlədən maraqlı subyektlərin bilavasitə iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

İclasın sonunda, həmçinin cari məsələlərə də baxılıb.

***
16:12

Sentyabrın 9-da  Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.

"Operativ Media" xəbər verir ki, gündəliyə Mərkəzi Seçki Komissiyasının sentyabrın 4-də və 5-də keçirilən iclaslarının protokollarının təsdiq edilməsi və Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılması məsələləri daxildir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər