Menyu

Bakı metrosunda 5 dəqiqə yubanma yaranıb

Nərmin Qocamanlı
Bakı metrosunda 5 dəqiqə yubanma yaranıb

"Qara Qarayev" stansiyasında sərnişin vaqon qapısının qəza açılıb-bağlama kranından istifadə etdiyi üçün maşinist həmin qapıya baxış keçirib və kranı normal statik vəziyyətinə qaytarıb.

Bu barədə "Operativ Media"ya "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Məlumata görə, bunun nəticəsində Yaşıl və Qırmızı xətlərdə intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb.

Həmin qatarın maşinisti qatar hərəkətdə ikən həmin qapının normal rejimdə işləmədiyi barədə dispetçerə məlumat verib.

Bu səbəbdən qatar baxış keçirilməsi məqsədilə "Nərimanov" stansiyasında xətdən çıxarılıb. Əvəzinə qatar verilib.

Teqlər:

"Bak\u0131 metrosunda 5 d\u0259qiq\u0259 yubanma yaran\u0131b"

Əlaqəli Xəbərlər