Menyu

Bu gün Bakının iki rayonunda qaz kəsiləcək

Nərmin Qocamanlı
Bu gün Bakının iki rayonunda qaz kəsiləcək

Bu gün Bakının Xəzər və Suraxanı rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Operativ Media" xəbər verir ki,  bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, sentyabrın 10-da saat 10:00-dan etibarən Xəzər rayonunun Binə qəsəbəsində qaz xəttinin torpaq səthindən hündürlüyə qaldırılması və Bakavtomat ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi, həmçinin saat 09:00-dan "Bahar” QTM-dən “Suraxanı” QTM-ə gedən qaz kəmərində yeni çəkilmiş yol keçidinin birləşmə işlərinin aparılması məqsədi ilə qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Binə qəsəbəsinin Gürcüstanlılar məhləsinin, Kanal üstü, Bakavtamat və Pekarnı yolu adlanan ərazilərin, həmçinin Suraxanı rayonu üzrə isə Bahar və Dədə Qorqud yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Teqlər:

"Bu g\u00fcn Bak\u0131n\u0131n iki rayonunda qaz k\u0259sil\u0259c\u0259k"

Əlaqəli Xəbərlər