Menyu

Qarabağ Universitetində dərslər sentyabrın 23-də başlayacaq

Nərmin Qocamanlı
Qarabağ Universitetində dərslər sentyabrın 23-də başlayacaq

Qarabağ Universitetinə qəbul olan tələbələrin yerləşdirilməsi prosesinə sentyabrın 15-16-dan başlanılacaq.

"Operativ Media" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, Universitetdə ilk tədris ili olduğu üçün birinci həftə tanışlıq həftəsi olacaq, tədris isə sentyabrın 23-dən etibarən başlayacaq.

Bu oxşar təcrübə Türkiyə-Azərbaycan Universitetində də tətbiq olunacaq: “Əlavə təqaüdlərlə bağlı tələbələrin qeydiyyatının başa çatmasını gözləyirik. Artıq 99 faiz tələbənin qeydiyyatı başa çatıb, imtina yoxdur. Tələbələrin hər biri təqaüdlə təmin olunacaq. Tədris ili başladıqdan sonra tələbələrə 100-150 manat arasında əlavə təqaüdlər veriləcək. Eyni zamanda, bəzi özəl şirkətlər də prosesə qoşularaq tələbələrə əlavə təqaüdlərin verilməsi təşəbbüsünü göstəriblər”.

Teqlər:

"Qaraba\u011f Universitetind\u0259 d\u0259rsl\u0259r sentyabr\u0131n 23-d\u0259 ba\u015flayacaq"

Əlaqəli Xəbərlər