Menyu

"Güvənli" kredit təşkilatı 30 min manat cərimələndi

Nərmin Qocamanlı
"Güvənli" kredit təşkilatı 30 min manat cərimələndi

"Güvənli" MMC kredit təşkilatı maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə görə cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması, maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə görə vəzifəli şəxslər 2000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 30000 manatadək məbləğdə cərimə edilir. 

Qeyd edək ki, “Güvənli” MMC kredit təşkilatı 01 avqust 2020-ci il tarixindən etibarən lombard kreditləri üzrə fəaliyyətə başlayıb.

Teqlər:

"\"G\u00fcv\u0259nli\" kredit t\u0259\u015fkilat\u0131 30 min manat c\u0259rim\u0259l\u0259ndi"

Əlaqəli Xəbərlər