AYNA: Azərbaycan-Rusiya sərhədində 45 avtomobil gözləyir
Nərmin Qocamanlı
Azərbaycan-Rusiya sərhədində yerləşən “Samur” gömrük postunda 45 avtomobil gözləyir.
"Operativ Media" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, "Mazımqara" gömrük postunda 10, "Biləsuvar" gömrük postunda 20, "Astara" gömrük postunda isə 18 yük maşını var.
Bildirilir ki, Azərbaycan-Rusiya sərhədində yerləşən “Xanoba” gömrük postunda və Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı körpü" gömrük postunda gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan yük avtomobili yoxdur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net